Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı Koreyanın Beynəlxalq İqtisadi Siyasət İnstitutunda "Azərbaycan iqtisadiyyatının modernizasiyası: transmilli şirkətlərin rolu" mövzusunda seminar təşkil edib.
SAM-dan SİA-ya verilən məlumata görə, seminarda Vüsal Qasımlı qeyd edib ki, Azərbaycan iqtisadi artım göstəricilərinə əsasən dünyanın aparıcı ölkələrindən biridir. Azərbaycanın inkişafının əsas göstəricilərindən biri investisiya cəlbediciliyinin artımı və xarici birbaşa investisiyaların diversifikasiyasıdır.
Akademik dairələrdən əlavə, seminarda Koreya hökumətinin və iri biznesin də nümayəndələri iştirak edib.
Xatırladaq ki, Vüsal Qasımlı Koreyanın Beynəlxalq İqtisadi siyasət İnstitutunda qonaq alim kimi fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB