"Azərbaycanda "Ali təhsil haqqında", "Orta təhsil haqqında", "Məktəbəqədər təhsil haqqında", "Orta ixtisas peşə təhsili haqqında" qanunlar, həmçinin təhsilin standartları ilə bağlı bir sıra qanunlar qəbul ediləcək". SİA-nın məlumatın görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, "Elm siyasəti haqqında" qanun qəbul edildikdən sonra elm və təhsilin vəhdəti təmin ediləcək: "Bundan sonra digər törəmə qanunlar qəbul oluna bilər. Artıq bu qanun layihələri ilə bağlı işçi qrupları yaradılıb və bu qanun layihələri üzərində iş gedir. "Elm siyasəti haqqında" qanun qüvvəyə mindikdən sonra bu işlər daha da sürətlənəcək", - deputat deyib.
"İndiyədək Azərbaycanda elmin statusu tam şəkildə müəyyənləşməyib, ayrı-ayrı qanunlarda öz əksini tapıb. "Elm siyasəti haqqında" qanun qəbul ediləndən sonra elmin maliyyələşdirilməsi və prioritet sahələrin müəyyən edilməsində problemlərlə üzləşməyəcəyik", - komitə sədrinin müavini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB