Sədaqət Vəliyeva: "Azərbaycan çox güclü səhiyyə sistemi formalaşır"
Səhiyyə sektoru Azərbaycan dövlətinin ən sürətli inkişaf edən sahələrindən biridir. Bunu açıqlamasında Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə çoxsaylı səhiyyə obyektlərinin açılışının edilməsi, ölkə başçısının xəstəxanaların, müalicə-diaqnostika mərkəzlərinin inşası və bərpası haqqında sərəncamlar imzalaması söylənilən fikri bir daha isbatlayır: "Bu gün əminliklə demək olar ki, Azərbaycanda müasir dünya standartlarına uyğun səhiyyə sistemi qurulub, hətta, dövlət səhiyyə xidmətini pulsuz edib. Bununla yanaşı, hazırda ən mürəkkəb əməliyyatların Azərbaycanda yerli həkimlərin iştirakı ilə aparılması səhiyyə sektoruna ayrılan diqqət və qayğının nəticəsidir. Bu gün əminliklə demək olar ki, səhiyyə sahəsində maddi-texniki bazanın gücləndirilməsi və qanunvericiliyin möhkəmləndirilməsi sayəsində Azərbaycan çox güclü səhiyyə sistemi formalaşır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB