Son günlər bəzi kütləvi informasiya vasitələrində İmişli rayonu ilə bağlı həqiqətə uyğun olmayan və gülünc məlumatlar dərc edilib. SİA-nın İmişli Rayon İcra Hakimiyyətindən aldığı məlumata görə, bəzi KİV-lərə ünvanlanmış açıq məktubda guya İmişli rayonunda tikinti-quruculuq işlərini həyata keçirən iş adamlarının vəsaitlərinin rayon İcra Hakimiyyəti tərəfindən ödənilməməsi kimi yalan məlumatlar yer alıb.
İmişli rayon İcra Hakimiyyəti olaraq bildiririk ki, KİV-lərdə adları qeyd olunun "İş adamları"nın heç biri ilə müqavilə imzalanmayıb və onlar İmişli rayonunda tikinti-quruculuq işlərini həyata keçirməyiblər. Bu barədə göstərilənlər əsassız olmaqla tamamilə yalandır.
Məlumat üçün bildiririk ki, rayonda geniş miqyaslı abadlıq və quruculuq işləri tenderdə qalib gəlmiş digər şirkətlər vasitəsilə dövlət vəsaiti hesabına həyata keçirilib. Bu məlumatlar İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən yalan və böhtan xarakterli məlumatlardır. Yaxın günlərdə rayon İcra Hakimiyyəti tərəfindən əsassız və böhtan xarakterli belə yazıları dərc edən KİV-lər və özlərini "İş adamları" adlandıran bəzi şəxslər barəsində məhkəmə qarşısında iddia qaldırılacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB