İcra başçısının evi ətrafında sabitlikdir FOTOLAR

İcra başçısının evi ətrafında sabitlikdir FOTOLAR

Neftçaladan əldə etdiyimiz məlumatların davamı olaraq ötən gündən ictimaiyyətə çaşdırıcı və təlaş yaradıcı məlumatlar yayan informasiya agentliklərinin növbəti yalanının üstünü açırıq. SİA-nın Aran bürosunun rayona ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, İcra Hakimiyyətinin binasının və icra başçısı İsmayıl Vəliyevin yaşadığı mənzilin polis və hüquq mühafizə orqanları tərəfindən mühasirəyə alınması haqda xəbərlər yalandır.

İcra başçısı İsmayıl Vəliyevin yaşadığı M.Rəsulzadə küçəsində olduq. Qeyd edək ki, İsmayıl Vəliyev həmin ünvanda həyət evində kirayədə qalır. Başçının qonşularından axşam küçələrində 100 ədəd yük maşının, polis qüvvələrinin olması xəbəri barədə fikirlərini öyrəndik. Qonşularından Nail Cəfərov, Məmmədova İlhamə Heybətağa qızı, Əliyeva Bibixanım Hidayət qızı və Məmmədov Habil Qabil oğlu deyilənlərin şahidi olmadıqlarını və ərazidə tam sakitlik olduğunu bildirdilər: Küçədə 100 ədəd yük maşının dayanması isə olduqca gülünc söhbətdir. Çünki küçədə ensiz olduğundan 1 minik avtomabilinin hərəkət etməsi hələ çətindir. Rayonda hər kəs özü işi ilə məşquldur və həyat öz axarı ilə davam edir".

Polis şöbəsindən məlumat almaq isə mümkün olmadı.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə