Bu gün Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən hazırlanan "Gəldik, Görgük, Yazdıq" adlı layihə çərçivəsində eyniadlı kitabın təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimatda millət vəkilləri, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinin nümayəndələri, bir sıra yazarlar və mediya nümayəndələri iştirak ediblər. Layihə rəhbəri və "Gəldik, Görgük, Yazdıq" kitabının tərtibatçısı Əkbər Qoşalı bildirdi ki, nəşrdə Azərbaycan həqiqətlərini paylaşan türksoylu yazarların məqalələri, bir sıra müsahibələr və həmçinin adıçəkilən layihə ilə bağlı yayılan "KİV üçün açıqlamalar"-dan örnəklər toplanıb: "Məqalələrlə tanışlıqdan sonra "Azərbaycanı Azərbaycandan kənarda necə görürlər?" sualına müəyyən mənada cavab tapmaq olar. Bu kitab bir daha göstərir ki, həqiqətlərimizin qardaş xalqların yazıçıları arasında yayılması baxımından hələ görüləcək çox iş var".
Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq bizim vətəndaşlıq borcumuzdur: "Bundan başqa, tarix boyu türklərin yaşadıqları coğrafi regionların, onların başlarına gətirilən hədisələrin geniş yayılması da bizim üçün önəmlidir.
"Bu gün Azərbaycanda baş verən yeniliklər ölkəmizin müstəqilliyinin, inkişafının sübutudur" deyən gənclər təşkilatları milli şurasının sədri Fuad Muradov bildirdi ki, bu inkişafa və əldə olunan uğurlara qədər baş verən faciələr öz həqiqətlərilə dünyaya çatdırılmalıdır". Millət vəkilinin sözlərinə görə, bunun üçün hər bir azərbaycanlı ümumilikdə, hər bir türk səy göstərməlidir.
Daha sonra tədbirin digər iştirakçıları da kitab barəsində öz fikirlərini səsləndiriblər.
Qeyd edək ki, kitabda nəşr olunan materiallar Azərbaycan, Qazax, Türkiyə, Türkmənistan, Kırım-tatar türkcələrində və Rus dilində verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB