Dünən səhər saatlarından başlayaraq Neftçala rayonundan xəbərlər gəlməyə başlayıb ki, guya "məmurlar özbaşınalıqdan boğaza yığılmış sahibkarlar rayonun baş memarı Rüstəm Tahirovun bahalı "Toyota Prado" avtomobilinə od vurublar". Müxalifət qəzetlərinin aktiv iştirak etdiyi provokasiya xəbərlərində guya rayonda sosial gərginliyin olacağı, insanların küçələrə axışacağı, bir sözlə vəziyyətin gərgin olacağı haqda yalan, həqiqətə uyğun olmayan məlumatlar dolaşmaqdadır.
SİA-nın Aran bürosunun müxbiri ötən gecə saat 01-dən 03-ə qədər rayon ərazisində müşahidələr aparıb. Səhər saat 09:25 və 12:30 radələrində redaksiya ilə əlaqə yaradaraq rayonda gərginliyə səbəb olacaq heç bir halınbaş vermədiyi, rayon mərkəzinə gedən yolların giriş-çıxış üçün maneəsiz olduğu, polis postlarının gözə dəymədiyi, İcra Hakimiyyətinin binası önündə isə həmişəki kimi mühafizə polisinin olduğu haqda məlumat verib.
Əməkdaşımız onu da bildirib ki, memarın maşınının yanması sırf texniki səbəblərdən baş verib. Sahibkar və yaxud başqa birisi, müxalifət qəzetlərinin yazdığı kimi, kimsəyə qarşı belə bir addımı atmayıb.
Bir azdan müxbirimizin rayonun baş memarı Rüstəm Tahirovdan aldığı açıqlamanı diqqətinizə çatdıracağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB