İcra başçısı sahibkarlarla görüşdü

İcra başçısı sahibkarlarla görüşdü

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev sahibkarlarla görüşüb. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə sahibkarlıq obyektlərini inkişaf etdirmək, sovet dönməindən qalan müəssisələrin fəaliyyətini bərpasından danışılıb. Elmar Vəliyev biznesin inkişaf etdirilməsi üçün rentabelli sahələr üçün torpaq yerlərinin ayrılacağını, həmçinin sahibkarlara güzəştli kreditlərinin veriləcəyiəni bildirib. Görüşdə bir sıra problemlərə də nəzər salınıb. Elmar Vəliyev neqativ halların aradan qaldırılmasını, eləcə də sahibkarlıq subyektlərinin fəaliyyətinin qənaətbəxş şəkildə davam olunması üçün tapşırıqlar verib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə