Kanada rəsmisi SAM-ın qonağı olub

Kanada rəsmisi SAM-ın qonağı olub

Bu gün Kanadanın Ankaradakı Səfirliyinin birinci katibi Dr. Bryus Mabley SAM-ın qonağı olub. SAM-dan SİA-ya verilən məlumata görə, qonağı SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov qəbul edib.

Qeyd edək ki, görüş zamanı Türkiyə-Azərbaycan münasibətləri və onlara təsir edən amillər, Türkiyənin regionda rolu və Türkiyənin yalnız Cənubi Qafqazda deyil, son vaxtlar regionun hər tərəfində apardığı xarici siyasətin istiqamətləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə