AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 2010-2012-ci illərdə 20-dən artıq kitab, kataloq, broşur və buklet nəşr olunub. Azərbaycan tarixinin aktual məsələlərinə, həmçinin muzeydə qorunan eksponatlara həsr olunmuş bu nəşrlər sırasında "Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasının inciləri" kataloq - albomu, "Hacı Zeynalabdin Tağıyev" albomu, "Azərbaycanın antropomorf terrakotları", "Şirvanın bədii metalı", "Mirzə Fətəli Axundzadə - 200", "Xurşid Banu Natəvan – 180", "Azərbaycanın müdafiə silahları" kataloqları, "H.Z.A.Tağıyevin qız məktəbi tarixindən", "Azərbaycanın Paris sülh konfransındakı elçiləri", "Azərbaycan xanlıqlarının bayraqları", "Biz birlikdə qalib gəldik!", "Azərbaycan xalqının mənəvi həyatı" kitabları, "Qarabağın tarixi-mədəni irsi", "Qafqaz Albaniyasının epiqrafik abidələri", "Azərbaycanın maddi və mənəvi mədəniyyətində zərdüştlük dövrünün kaşıları" adlı bukletlər xüsusi yer tutur.
Kitabların təqdimatı 2013-cü il fevralın 7-də Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək. Milli Elmlər Akademiyası əməkdaşlarının, ali məktəblərin müəllim və tələbələrinin, kitabxana və kitab mağazalarının, muzeylərin nümayəndələrinin iştirakı gözlənilən tədbirdə Azərbaycan tarixi və mədəniyyəti, muzeyin zəngin kolleksiyaları ilə maraqlanan bütün şəxslər iştirak edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB