Ermənistan prezidenti var-dövlətini açıqlayıb
Ermənistanın indiki prezidenti, yenidən prezidentliyə namizəd Serj Sarkisyan mülkünü açıqlayıb. Onun Azərbaycanın ermənni işğalı altında olan Xankəndi şəhərində sahəsi 96 kv.m olan mənzili var. Bundan başqa, indiki prezidentin 1992-ci il buraxılışı olan "Mitsubishi Montero" markalı avtomobili də mövcuddur.
Onun varidatına həmçinin müəllifləri Xacanyan, Saryan, Akopyan, Başincanyan, Abeqyan və başqaları olan 32 rəsm əsəri, bir neçə qədim heykəlciklər də daxildir. Pulunun miqdarı isə 108 milyon 400 min dram - 266 000 ABŞ dollardır.
Serj Sarkisyan əsas gəlir mənbələrinin maaşı və "Araratbank"ın qiymətli kağızlarından əldə etdiyi dividentlər olduğunu göstərib.anspress
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB