"Avtorevyu" jurnalının əməkdaşları işğal olunmuş ərazilərdə yeni model maşınları sınaqdan keçirib
Azərbaycanın işğal olunmuş ərazilərində rusiyalılar və ukraynalılar yeni model maşınların test-drayvını keçirib. Bu, internetdə yerləşdirilib və "Avtorevyu" jurnalında geniş işıqlandırılıb. Dağlıq Qarabağa qanunsuz səfərlərin qarşısını almaq üçün təkcə bu şəxslərin "Arzuolunmaz şəxslər" siyahısına salınması kifayət etmir. Mütəxəssislər daha sərt tədbirlər görməyi təklif edir.
Rusiya və Ukraynanın birgə layihəsi olan "Avtorevyu" jurnalının 23-cü sayında işğal olunmuş Azərbaycan ərazisində keçirilən test yürüşləri ilə yanaşı bölgənin turizm imkanları ilə bağlı məqalədə yer alıb. Hətta dağlıq ərazidə baş tutan test yoxlamasından birinin videosu "YouTube" portalına da yerləşdirilib. Məsələ ilə bağlı jurnalın baş redaktoru Mixail Padorajanski ilə əlaqə saxladıq. Maraqlıdır ki, o, Azərbaycan hökuməti tərəfindən Dağlıq Qarabağa səfərlərin qadağan edilməsindən məlumatlı olmadığını bildirdi. Jurnal redaktoru hətta qadağa olsa belə, bu əraziyə səfər etmələrinə bəraət qazandırmağa çalışdı.
"Heç bir situasiyada bizim səyahətimizdə biz heç vaxt və heç kimdən çəkilişə görə icazə istəmirik. Mənim fikrimcə, heç bir qayda pozuntusuna yol verməmişik. Ən azı bizim təsəvvürümüzdə belədir", - deyə Mixail Padorajanski bildirib.
Dağlıq Qarabağda olan "Avtorevyu" jurnalının əməkdaşlarının bundan sonra Azərbaycana səfər etməsi mümkün olmayacaq. Artıq onlar Azərbaycanın "qara siyahısı"ndadır. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin sözlərinə görə, həmin şəxslərin ölkəmizə gəlmələri qadağan olunub: "Artıq bizim bu məsələdən xəbərimiz var və Rusiyadakı səfirliyimizə müvafiq tapşırıqlar vermişik. Onlar da redaksiya ilə əlaqə saxlayıb onlara kəskin etirazların bildiriblər".
Dağlıq Qarabağa qanunsuz səfər edənlərin İnterpola axtarışa verilməsi təklif olunur. Bununla yanaşı bəzi ekspertlər hesab edir ki, Qarabağa səfər edən şəxslərin "qara siyahı"ya salınması ilə yanaşı, onlar barəsində cinayət işi açılmalı və həmin şəxslər axtarış üçün İnterpola verilməlidir. Yalnız bu halda həmin insanlar işğal olunmuş ərazilərə qondarma Dağlıq Qarabağa Azərbaycanın icazəsi olmadan səfər etdiklərinə görə, ciddi cəza almış olarlar. Ən azı həmin şəxslərin axtarışda olduqlarına görə xarici ölkələrə səfərləri zamanı sərhəd keçid məntəqələrində uzun müddət yubanmaları, onları növbəti dəfə belə bir addım atmaqdan daşındıra bilər.anspress
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB