Sərkisyandan qeyri-insani davranış

Sərkisyandan qeyri-insani davranış

Serj Sərkisyanın son videosu və davranışı erməni mətbuatında böyük əks-səda doğurub. "Ağlayan qadınlar Sərkisyanın kefini pozur" başlıqlı yazıda prezidentin son səfəri zamanı yaşanan hadisələr işıqlandırılıb.

Ordu günü çərçivəsində Erablur xiyabanına gələn Sərkisyanla görüşə veteranlar, hərbçi anaları və əsasən də şəhid ailələri dəvət edilib. Ancaq hər şey planlaşdırıldığı kimi getməyib və qəflətən peyda olan qadın prezidentə çətin həyatı, borcları və xəstə uşağı haqqında ağlaya-ağlaya danışıb. "Sizin oğlunuz şəhid olub?" soruşan Sərkisyanın ətrafında olan "cangüdənləri" qadının həmişə ağlayıb şikayət etdiyini, xəstə uşağa baxdığını deyib. Nədənsə bu Sərkisyanın xoşuna gəlməyib, dərhal müraciət formasını da dəyişən prezident "Xəstə uşağın var, sən isə bura gəlib ağlayır,bayram əhvalımızı korlayırsan. Nəyə görə ?" deyə qəzəblənib. Başqa uşaqları olduğunu deyən qadının sözləri Sərkisyanı özündən çıxarıb, "Onlar ordudadırlar? Yox? Bunu necə başa düşək ? Yaşları çatır ancaq orduda deyillər" söyləyən prezident baxışları ilə qadını uzaqlaşdırmaq əmri verib.

Prezident "komandası" isə görüş boyu qadını susdurmağa çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə