“İRƏLİ” mükafatlandırdı FOTO

“İRƏLİ” mükafatlandırdı FOTO

"İRƏLİ" Təlim və Karyera Mərkəzinin təşkil etdiyi "Müasir İqtisad Məktəbi" layihəsi çərçivəsində "Sığorta hadisəsi" mövzusunda seminar keçirilib. İctimai Birlikdən SİA-ya verilən məlumata görə, seminarın qonağı Standard İnsurance şirkətinin vitse-prezidenti, Azərbaycan Sığortaçılar Assosiasiyasında Hüquq Komitəsinin sədri Mustafa Abbasbəyli olub.

Seminar zamanı sığorta hadisələri, sığorta hadisələrinin yaranması, növləri, sığorta hadisəsi zamanı sığorta şirkətinin, sığortalanan tərəfin üzərinə düşən vəzifələr, sığorta hüquqları və s haqda məlumat verilib.

Seminarda aktiv iştirak edən 3 iştirakçı "İRƏLİ" Təlim və Karyera Mərkəzi tərəfindən mükafatlandırılıb. Samirə Kərimova, Arzu İbrahimova və Müslüm Hüseynovun əmlakı 25. 000 AZN dəyərində Standard İnsurance tərəfindən pulsuz olaraq sığortalanıb.

Daha sonra seminar diskussiya şəklində davam edib və ekspert tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə