Ölkəmizdə gənclər siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Məhz bu baxımdan Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevralın ümumrespublika Gənclər Günü kimi qeyd olunması gəncliyə göstərilən diqqət və qayğının bir nümunəsi idi. Təsadüfi deyil ki, "Gənclər günü" MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlamışdı.
Çox sevindirici haldır ki, Azərbaycanda əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün də uğurla davam etdirilir, qətiyyətlə həyata keçirilir və bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər.
Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Dövlət başçısının gənclərin xaricdə təhsil almasına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradır.
Dövlət gənclər siyasətinin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin gördüyü işlər də xüsusilə diqqəti cəlb edir.
YAP Gənclər Birliyinin həyata keçirdiyi layihələrlə ölkəmizdə formalaşan sağlam və intellektual nəslin inkişafına öz töhfəsini verməyə çalışır və sabahımızı daha böyük inamla qurmaq üçün ölkə gənclərini cənab prezidentin ətrafında sıx birləşməyi çağırır və bu məqsədlə 29 yanvar 2013-cü il saat 11:00-da "Excelsior Hotel" də 2 fevral "Gənclər günü" ilə əlaqədar tədbir təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB