"Siqaretlə mübarizə tək 18 yaşında olan yeniyetmələri deyil, bütün cəmiyyəti əhatə etməlidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Sosial Siyasət Komissiyasının sədr müavini, millət vəkili Musa Quliyev deyib.
"Qapalı məkanlarda siqaretin qadağan olunmasının tərəfdarıyıq. Təbii ki, müəyyən təşkilatların hüquqi işlər görməsi ilə yanaşı cəmiyyətin maarifləndirilməsi məsələsi də xüsusi əhəmiyyət kəsb etməlidir. Bu məsələ ilə bağlı artıq qanun qəbul olunub",- deyə sədr müavini fikirlərinə əlavə edib.
Onun sözlərinə görə, ictimai nəqliyyat vasitələrində siqaret çəkmək qadağandır: "Qanunda nəzərdə tutulmuş bu fakta görə də 50 manat cərimə sanksiyası tətbiq olunur. Növbəti addımlarda da qapalı məkanlarda siqaret çəkmək qadağan olunacaq. Lakin bunun dəqiq işləyən mexanizmi hazırlanmalıdır. Çünki son illərin təcrübəsi onu göstərdi ki, siqaret çəkməklə mübarizədə ən uğurlu mübarizə aparan Türkiyədə problemlər meydana gəlir. Orada qəbul edilən qanunun pozulması və ona kifayət qədər əməl edilməməsi halları artmaqdadır. Bu səbəbdən siqaret çəkməklə bağlı məsələdə tələsməmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB