Elmar Məmmədyarovla Edvard Nalbandyanın görüşündə Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni ideyalar müzakirə ediləcək
Parisdə nəhayət çoxdan planlaşdırılan görüşün baş tutacağı gözlənilir. Nazirlərin ikitərəfli görüşü nəzərdə tutulmasa da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır. Elmar Məmmədyarov görüşdə iştirak etmək üçün artıq Parisə yola düşüb. Səfər çərçivəsində XİN başçısı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair yeni ideyaları müzakirə edəcək.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın da həmsədrlərlə görüşü gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB