Sədaqət Vəliyeva: Bu gün cəmiyyətimizin kreativ və intellektual kəsimini təşkil edən gənclərimiz ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində təmsil olunurlar
Yanvarın 26-da Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 2 fevral – Gənclər Günü münasibətilə görüş keçirilib.
Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva gənclər günü münasibətilə iştirakçıları təbrik edib və dövlətimizin gənclərə olan diqqətindən, qayğısından söz açıb. Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycanda gənclər siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoyub və hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Millət vəkili vurğulayıb ki, bu gün cəmiyyətimizin kreativ və intellektual kəsimini təşkil edən gənclərimiz ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində təmsil olunurlar. Partiyanın Nizami rayon təşkilatının sədri xüsusi olaraq qeyd edib ki, hazırda ölkəmizin aparıcı gənclərinin böyük əksəriyyətinin Yeni Azərbaycan Partiyasının ətrafında birləşməsi sevindirici haldır: "Məlumat üçün deyim ki, 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı" təsdiqlənib və bununla da dövlət gənclər siyasətinin yeni mərhələsi başlanıb. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb, Bakıda Gənclər Mərkəzinin, regionlarda "Gənclər Evi"nin inşa edilməsi üçün müvafiq addımlar atılıb".
Sədaqət Vəliyeva deyib ki, Azərbaycan dövləti və Yeni Azərbaycan Partiyası fəal mövqedə duran bacarıqlı, məqsədə doğru inamla gedən gənclərimizi dəstəkləyir və onlarla fəxr edir: "Mən əminəm ki, dövləti və xalqı qarşısında sosial məsuliyyətini dərk edən hər bir gənc anti- Azərbaycan qüvvələrin çirkin planlarının baş tutmasına imkan verməyəcək".
Tədbirdəki çıxışçılar da Azərbaycan dövlətinin gənclər siyasətindən, Prezident İlham Əliyevin cəmiyyətimizin bu təbəqəsinə olan diqqətindən danışıblar. Gənclər xüsusilə də, son günlər ərzində marqinal qruplar tərəfindən məqsədli şəkildə siyasiləşdirilən məsələlərə də münasibətlərini bildiriblər. Gənclər deyiblər ki, radikal müxalifətin anti-milli planlarının reallaşmasına imkan verməyəcəklər, çünki, onlar Azərbaycanın uğurlu sabahına inanırlar.
Disput şəklində keçirilmiş görüşdə ictimai-siyasi və sosial-iqtisadi proseslərlə bağlı fikir mübadiləsi də aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB