“Gənclərin Avrointeqrasiya Modeli” Forumu keçirilir

“Gənclərin Avrointeqrasiya Modeli” Forumu keçirilir

Bu gün Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Gənclərin Avrointeqrasiya Modeli" Forumu keçirilir. SİA-nın məlumata görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanın avrointeqrasiya prosesində gənclərin rolunu, gənclərin aktivliyi bu prosesdə aşılamaq və Azərbaycanın beynəlxalq imicinin daha da möhkəmlənməsində avrointeqrasiyanın əhəmiyyətini vurğulamaqdır.

Forumda Azərbaycanda vətəndaş cəmiyyətinin quruculuğunda QHT-lərin rolu, Avropa təsisatlarında Azərbaycan gəncliyinin aktivliyi, avrointeqrasiya prosesində İKT-nin rolu və Azərbaycan təcrübəsi, Azərbaycan-Avropa strateji siyasətin istiqamətləri, Avropaya inteqrasiya prosesində Azərbaycanda həyata keçirilən gənclər siyasəti, Azərbaycan-NATO əlaqələri və s. mövzularda məruzələr olacaq.

Qeyd edək ki, forumda gənclər təşkilatlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri və KİV-lər iştirak edir.

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə