Heydər Əliyevin heykəli şəhərin başqa yerinə köçüülüb

Heydər Əliyevin heykəli şəhərin başqa yerinə köçüülüb

Ümummilli lider Heydər Əliyevin Mexikonun Dostluq parkında yerləşən heykəli bu gecə şəhərin başqa ərazisinə köçürülüb. SİA-nın verdiyi xəbərə görə, buna səbəb şəhər rəhbərliyinin Azərbaycan Mədəniyyət Mərkəzinin inşası üçün müvafiq yer ayırması və heykəlin o mərkəzin qarşısında ucaldılması olub. Bu barədə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov dünən verdiyi açıqlamada deyib.

Məlumt üçün bildirək ki ,heykəlin köçürülməsi ilə bağlı xərclər Mexiko şəhər büdcəsindən ödənilib və köçürülmə zamanı təhlükəsizliyin təmin olunması məqsədilə əraziyə 200 polis işçisi cəlb olunub. Həmin vaxt ərazidə avtomobillərin hərəkəti də məhdudlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə