"Alov Qüllələri"ndə çalışan fəhlələr etiraz aksiyası keçirir. SİA-nın xəbərinə görə, fəhlələr onlara verilən yeməyin keyfiyyətsiz olmasına görə etiraz edirlər. Aksiyada təxminən 100-ə qədər fəhlə iştirak edir. Fəhlələr bildiriblər ki, son iki gündə onlara verilən keyfiyyətsiz yeməkdən bir neçə nəfər zəhərlənib və xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, aksiya iştirakçıları Parlament prospektində nəqliyyatın hərəkətini dayandırmağa cəhd ediblər, amam cəhdin qarşısı polis tərəfindən alınıb. Hazırda aksiya kompleksin həyətində davam etdirilir. Hazırda tikintini həyata keçirən şirkətin rəhbərliyi aksiya iştirakçıları ilə danışığa cəhd edir. Əraziyə əlavə polis qüvvələri göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB