Avropa Şurası Parlament Assambleyasında almaniyalı deputat Kristof Ştrasserin təklif etdiyi Azərbaycanda "siyasi məhbus" məsələsi haqqında qətnamə layihəsi ilə bağlı səsvermənin statistikasını təhlil edəndə ortaya maraqlı bir nəticə çıxır.
Ümumilikdə 125 deputat qətnamə layihəsinin əleyhinə, 79 nəfər isə lehinə səs verib, 20 nəfər bitərəf qalıb. Hər bir ölkənin deputat korpusudan qətnamənin əleyhinə də, lehinə də səs verən, yaxud bitərəf qalanlar var. Bircə Almaniyadan başqa: bu ölkənin AŞPA-dakı bütün 11 nəfərlik deputat korpusu sanki bir nəfər kimi yekdilliklə qətnamənin lehinə səs verib. Maraqlıdır, niyə? Demək, bu, almaniyalı deputatların yox, onların təmsil etdikləri ölkənin mövqeyidir. Və alman deputatlar AŞPA-da Azərbaycanın əleyhinə işləməklə bağlı xüsusi təlimat alıblar. Və hətta belə görünür ki, Almaniya özünə yaxın olan ölkələrə (məsələn, Avstriya kimi) bu məsələ ilə bağlı təsir də göstərib.
Hər şeyi rəqəmlər təsdiqləyir:
Bütün xəbərlər Facebook səhifəmizdə