"I Avropa Oyunları" mövzusunda açıq loqotip müsabiqəsi elan edilib

"I Avropa Oyunları" mövzusunda açıq loqotip müsabiqəsi elan edilib

Gənclər və İdman Nazirliyi I Avropa Oyunları (Bakı 2015)" mövzusunda açıq loqotip müsabiqəsi elan edib. Nazirlikdən verilən məlumata görə, müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar olaraq fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər. İştirakçılara yaş məhdudiyyəti qoyulmur, bir müəllif ən çox 5 iş təqdim edə bilər. Təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalı, müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud loqotiplərin elementlərini təkrarlamayan loqotiplər təqdim edilməlidir.

Təqdim olunan loqotiplər aşağıdakılardan ibarət olmalıdır:

- loqotipin ağ-qara həlli

- loqotipin rəngli həlli

- loqotipin rastr qrafik versiyası (*jpeg, *png (ölçüsü 500 kb az olmamaq şərti ilə))

- loqotipin vektor versiyası (*eps, *ai, *cdr (12-ci versiya))

Təqdim olunan işlər və ərizə forması 23 fevral 2013-cü il tarixə kimi elektron formada həm müsabiqənin [email protected] elektron poçt ünvanına, həm də Təşkilat Komitəsinə (cd-r, dvd-r) göndərilməlidir.

Müsabiqənin mükafat fondu aşağıdakı qaydada müəyyənləşdirilib:

I yer - 5000 AZN

II yer (laureat) - 3000 AZN

III yer (laureat) - 2000 AZN

Müsabiqənin Əsasnaməsini, ərizə formasını və daha ətraflı məlumatı www.mys.gov.az internet saytından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə