Ən yaxşı jurnalistlər müsabiqəsi

Ən yaxşı jurnalistlər müsabiqəsi

Elektron hökumət quruculuğundan yazan ən yaxşı jurnalistlərin müsabiqəsi

"Elektron hökumət və media" layihəsi çərçivəsində Elektron hökumət quruculuğundan yazan ən yaxşı jurnalistlərin müsabiqəsinə yazıların qəbulu davam edir. SİA-nın məlumatıan görə, Multimedia Mərkəzinin həyata kçeirdiyi Layihənin əsas məqsədi ölkədə Elektron hökumət quruculuğuna dəstək vermək, elektron hökumətin üstünlüklərini cəmiyyətə çatdırmaqdır.
Müsabiqədə ölkədə elektron hökumət quruculuğundan yazan, həmçinin elektron xidmətlərin hazırlanması və tətbiq edilməsi sahəsində araşdırmalarla məşğul olan jurnalistlər iştirak edə bilər.

Müsabiqəyə yalnız çap və İnternet mediada (onlayn xəbər resursları, populyar bloqlar və s) dərc olunan yazılar qəbul edilir.
Yazı mətninin həcmi on beş min işarədən çox olmamalıdır. Müsabiqəyə 15 noyabr 2012-ci ildən 15 fevral 2013-cü il tarixədək dərc edilən materiallar qəbul olunur. Materialların qəbulu 20 fevral 2013-cü il tarixədək həyata keçiriləcək.

Nəticələrin elan olunması və mükafatlandırılma mərasimi fevral ayının sonuna planlaşdırılır. Başqa layihə çərçivəsində hazırlanan materiallar, həmçinin kommersiya və reklam məqsədilə hazırlanan materiallar qəbul edilmir. Müsabiqəyə təqdim olunan materialın Azərbaycan dilli versiyasının dərc olunması zəruridir.

Yazılar 10 ballıq sistem üzrə qiymətləndirilir. Münsiflərin verdiyi ballar əsasında ümumi bal çıxarılır.
Müsabiqədə toplanan balların sayından asılı olaraq 1-ci , 2-ci və 3-cü yerlərin qalibləri müəyyən olunur.
Qaliblər xüsusi prizlərlə, qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Təşkilatçılar tərəfindən informasiya cəmiyyətinin digər xüsusi nominasiyaları da müəyyən oluna bilər.
Müsabiqənin təxmini mövzuları:
1. Azərbaycanda elektron hökumət;
2. Elektron hökumət və vətəndaş cəmiyyəti;
3. Elektron xidmətlərin analizi;
4. Elektron xidmətlərə keçid;
5. Konkret sahələr üzrə (təhsil, mədəniyyət, turizm, biznes, elm, səhiyyə və s.) elektron xidmətlərin analizi;
6. Elektron hökumət sahəsində qanunvericiliyin təhlili;
7. Elektron hökumət və informasiya təhlükəsizliyi;
8. Vətəndaşlar elektron hökumətə hazırdırlarmı?;
9. Onlayn və offlayn xidmətlərin təsnifatı. İctimai və sosial əhəmiyyətli xidmətlər;
10. Açıq hökumət təşəbbüslərinin inkişafı.
11. Və s.

Müsabiqəyə aşağıdakılar təqdim olunmalıdır:

Dərc olunmuş materialın orijinalı və ya yazının elektron forması. İnformasiya subyektinin adı, nömrəsi və tarix qeyd olunmaqla Müsabiqə iştirakçısı haqqında məlumat (telim.org saytında qeydiyyat bölməsində xüsusi formada doldurulur).
Təqdim olunmuş materiallar qiymətləndirilərkən aşağıdakılara üstünlük verilir:
- materialın mövzuya aidliyi;
- jurnalistin sahə üzrə peşəkarlığı;
- materialın aktuallığı;
- sosial əhəmiyyəti;
- obyektivliyi;
- dolğunluğu və əhatəlilik.
Müsabiqənin Jürisi ölkənin tanınmış İKT və media nümayəndələrindən ibarət olmaqla formalaşdırılacaq.

Qeyd edək ki, daha geniş məlumat www.telim.org resursunda yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə