Nəqliyyat Nazirliyində Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2012-ci ilin yekunları və 2013-ci ildə nəzərdə tutulan tədbirlərə həsr olunmuş Kollegiya iclası keçirilib. SİA-nın xəbərinə görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və "Azəryolservis" ASC-nin ayrı-ayrılıqda hesabatları dinlənilib, görülmüş işlər və onların nəticələri müzakirə edilib.
Kollegiyanın sədri, Nəqliyyat naziri cənab Ziya Məmmədov vurğulayıb ki, son illərdə Azərbaycan iqtisadiyyatında müşahidə edilən hərtərəfli və sürətli inkişaf nəqliyyat-yol kompleksinin fəaliyyətində də öz əksini tapır. Nazir 2012-ci il ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışaraq Azərbaycan Respublikasının Prezidenti Сənab İlham Əliyevin uğurlu siyasəti,ölkənin social-iqtisadi həyatının bütün sahələrinin tərəqqisinə xüsusi diqqəti nətiсəsində Azərbayсan iqtisadiyyatının, eləсə də nəqliyyat-yol kompleksinin yüksək inkişaf səviyyəsinə çatdığını, nəqliyyat sektorunda regional əhəmiyyətli infrastruktur layihələrin uğurla həyata keçirildiyini bildirib.
Kollegiyada 2012-ci ilin yekunları və 2013-ci ilin perspektiv planları ilə bağlı geniş və ətraflı məlumat verilib. Kollegiya iclasına yekun vuran Nəqliyyat Naziri Ziya Məmmədov ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2012-ci ilin yekunlarını qənaətbəxş hesab edib. Bununla yanaşı kollegiyanın sədri qurumların fəaliyyətində müəyyən qüsurların olduğunu, avtomobil və dəmir yolları sahəsində, sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyini xatırladıb və bununla bağlı sistemli tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verib.
Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB