Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov Gəncə şəhərində müşavirə keçirib. SİA-nın bölgə müxbiri xəbər verir ki, müşavirədə FHN-nın funksiyasına daxil olan məsələlər müzakirə olunub. Gəncə Regional Mərkəzin tabeçiliyində olan 9 rayonun nümayəndələrinin qatıldığı müşavirədə son zamanlar əldə onunan nailiyyətlərdən danışılıb. Nazirliklə bir sıra ölkələrin müvafiq qurumları arasında əməkdaşlıq haqda sazişin imzalanması barədə məlumat verilib. Tədbirdə qış aylarında dəm qazından zəhərlənmə hadisələrinə də diqqət yetirilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB