Dörd nazir istefaya göndərildi

Türkiyə hökumətində dəyişiklik baş verib. SİA-nın Türkiyədəki əməkdaşının yerli qaynaqlara istinadən verdiyi məlumata görə, baş naziri Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetində bununla bağlı sərəncam imzalayıb. Baş nazir daxili işlər, turizm, səhiyyə və milli təhsil nazirlərini dəyişib. Məlumata əsasən, daxili işlər naziri İdris Naim Şahinin yerinə İstanbulun sabiq valisi Müəmmar Gülər təyin olunub. Mədəniyyət və turizm naziri Ərtoğrul Günayı Ərdoğanın hakim partiyada müavini Ömər Çelik əvəzləyib.

Bundan başqa, baş nazirin qərarı ilə səhiyyə naziri Rəcəb Akdağının yerinə Mehmet Müəzzinoğlu, milli təhsil naziri Ömər Çelikin yerinə isə professor Nəbi Avcı təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə