İsmayıllı şəhərində yenidən aksiyaya cəhd olub YENİLƏNİB

İsmayıllı şəhərində yenidən aksiyaya cəhd olub YENİLƏNİB

İsmayıllıda dünən baş verən hadisələr polis müdaxiləsindən sonra demək olar ki, sona çatıb. Hər halda bu gün axşam saatlarına kimi bu fikri hamı təsdiqləyərdi. Amma axşam saatlarında dünənkindən fərqli olaraq daha çox qonşu rayonlardan gəlmiş 100-150 nəfərdən ibarət, əsasən siyasi partiya təmsilçilərindən təşkil olunmuş aksiya keçirilib. Əvvəlki nümayişdən fərqli olaraq bu dəfəki iştirakçıların daha radikal davranması diqqətdən yayınmayıb. Buna görə də onlara qarşı tədbirlər də sərt olub.

Bir qrup şəxs İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Nizami Ələkbərovun istefası tələbi ilə aksiya keçirməyə cəhd edib. Onların arasında yerli sakinlərlə yanaşı, Bakıdan və ətraf rayonlardan gəlmiş siyasi partiya üzvləri və gənc fəallar da olub.

Daxili Qoşunların və Çevik Polis Alayının əməkdaşları aksiyaçıların RİH-in binasına və digər inzibati binalara yaxınlaşmasına imkan verməyiblər. Bundan sonra etirazçılar şəhərin müxtəlif küçələrinə səpələniblər.

Aksiya cəhdinin qarşısı alınarkən etirazçılar polisə daş atıb, polis isə gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.

Aksiyaçılardan bir neçəsinin saxlandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə