Türkiyə Jandarma Qüvvələrinin baş komandanı bir sıra görüşlər keçirəcək
Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncunun başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycana gəlib. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, general B.Kalyoncu Bakıda iki gün səfərdə olacaq.
B.Kalyoncu yanvarın 25-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Təşkilatının Bakıda keçiriləcək təsis toplantısında iştirak edəcək, Daxili İşlər Nazirliyi və Daxili Qoşunlarda görüşlər keçirəcək.
Səfər yanvarın 26-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB