İsmayıllı Rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Valeh Salehov SİA-ya açıqlama verərək bildirib ki, hazırda rayonda heç bir gərginlik yoxdur, hər şey öz axarındadır. Bütün lazımı tədbirlər görülüb və dünən baş verən hadisə də araşdırılır.
Müəyyən qüvvələr İsmayıllıda vəziyyətin gərgin olduğun yazsalar da bu qətiyyən həqiqətə uyğun deyil. Düzdür, müəyyən adamlar beş-beş yığışırlar, lakin polisin müdaxiləsindən sonra ictimai asayişi pozmağa yönələn hər hansı hərəkətin baş verməməsi üçün konkret tədbirlər görülür. Yəni görülən budur ki, İsmayıllıda insidentə səbəb ola biləcək və ya insanların kütləvi toplanması kimi hallar yoxdur. Hər kəs öz işindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB