Qaradağda fəhlələr etiraz edirlər. SİA-ya daxil olan məlumata görə, təxminən 1 saat bundan əvvəl Qaradağ rayonunda gəmiqayırma şirkətində işçilər etiraz aksiyası keçirib. Aksiyada 200-ə qədər insanın iştirak etdiyi bildirilir. Aksiyaya səbəb fəhlələrin bir neçə aydır ki, maaşlarını ala bilməməsi göstərilir. Fəhlələrdən biri bildirib ki, 2 aydan çoxdur ki, maaş almır.
Qaradağ Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, "Qaradağ polisinə bu barədə məlumat 15:25 radələrində daxil olub və hadisə yerinə polislər gedib və aksiyada 20-30 adam iştirak edib. Ancaq hər hansı insident baş verməyib, insanlar sakit şəkildə kameralara sözlərini deyib dağılışıblar."
Aksiya iştirakçılarından aldığımız məlumata görə, aksiyaçılar yolu kəsmək istəsələr də buna imkan verilməyib. Lakin rayon polislərinin müdaxiləsindən sonra vəziyyət sabitləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB