Gələcəyə Körpü Gənclər İctimai Birliyi, "Gənc Liderlər" Təhsil, Təlim və İnkişaf Birliyi ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının Demokratiya Fondunun maliyə dəstəyi ilə "Gender Akademiyası -4" layihəsini həyata keçirəcək. SİA-nın məlumatına görə, layihənin məqsədi vətəndaşların xüsusilə qadınların liderlik bacarıqlarını inkişaf etdirmək və ictimai, biznes və dövlət sektorlarında qərar qəbuledici vəzifələrdə yer tutmalarına imkan yaratmaqdır. Eyni zamanda kişi və qadınların bərabər şəkildə vətəndaş cəmiyyətinin inkişafında irəliləməsinə və sosial-ictimai həyatda fəal iştirakına dəstək olmaqdır.
"Gələcəyə Körpü"Gənclər İctimai Birliyinin İctimaiyyətlə əlaqələr üzrə koordinatoru Təbriz Rzayevin verdiyi məlumata görə, Akademiyanın məruzəçiləri millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, xarici təşkilatların nümayəndələri, Hökümət və qeyri hökümət təşkilatların rəhbərləri və bir sira tanınmış ictimai siyası xadimləri nəzərdə tutulur. Layihənin hədəf qrupu 25-45 yaş olan kişi və qadınlardan ibarət olacaq.
Təlim zamanı iştirakçıların gündəlik yemək, yaşayış və nəqliyyat xərcləri təşkilatçılar tərəfindən qarşılanacaq. Təlimdə iştiraka marağı olan şəxslər Birliyin rəsmi saytına daxil olaraq ərizə formasını doldurub qeyd olunan ünvana göndərməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB