“Xətdə” Sosial Şəbəkə Akademiyasına start verildi

“Xətdə ol! İmkanlardan faydalan! Sosial şəbəkələr sənə gələcəyi qazandırsın!”
“Xətdə” Sosial Şəbəkə Akademiyasına start verildi

Bu gün Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayının 1 milyona çatması və 2013-cü il Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İKT ili elan olunmasını nəzərə alaraq, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Xətdə" Sosial Şəbəkə Akademiyasına start verildi. SİA-nın məlumatına görə, Akademiyanın məqsədi region gənclərinin şəbəkələşməsi, gənclərin İT sahəsinə marağının artırılması, Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdən düzgün istifadə üçün alətlərin yaradılması və sosial şəbəkələrin düzgün istifadəsinin təbliğ olunmasıdır.

Akademiya çərçivəsində, Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdən istifadə haqqında video-təlimlər yaradılacaq. Həmçinin sosial şəbəkələrin yaratdığı imkanlar, dünya təcrübəsində sosial şəbəkələrin istifadə, sosial şəbəkələrin istifadə məqsədləri və s. mövzularında Azərbaycanın şəhər və rayonlarında təlimlər keçiriləcək.

Daha sonra fəal gənclərin iştirakı ilə "Facebook", "Twitter" və "Youtube"-də bir sıra kampaniyalar həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə