"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe ilə görüşüb. SİA-nın məlumatın görə, görüş zamanı F.Muradov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib.
Səfir Vatanabe qədim ipək yolunun Asiya və Avropa ölkələri arasında əlaqələrinin yaranmasındakı roluna toxunaraq bu izin böyük təsir gücünə malik olduğunu vurğulayıb. Yaponiyanın "İpək Yolu" BGT-ilə əlaqələrinin yaradılmasında öz köməyini əsirgəməyəcəyini deyən səfir əməkdaşlıqdan məmnun olduqlarını bildirib. Yaponiyanın gənclər təşkilatının nümayəndələrinin "Böyük İpək Yolu" nda təmsil olunması ilə bağlı razılıq əldə olunub.
Qeyd edək ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Səfir Vatanabe ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasından təəssüfləndiyini, bu vəziyyətin tezliklə ədalətli həllini tapacağına ümid etdiyini bildirib. Səfir həmçinin vurğulayıb ki, Yaponiya höküməti məcburi köşkünlərlə bağlı layihələr həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB