ATƏT-in sədri Azərbaycana gələcək

Leonid Kojara: "Əsas məsələ Minsk qrupunu fəallaşdırmağın yollarını tapmaqdır”
ATƏT-in sədri Azərbaycana gələcək

Bu il Ukrayna ATƏT-ə sədrlik edəcək. Qaydalara uyğun olaraq sədrlik edən ölkənin xarici işlər naziri quruma bir il ərzində öz ölkəsi adından sədrlik edir. Beləliklə, Ukraynanın XİN rəhbəri Leonid Kojaranın sədrliyi müddətində Azərbaycana və digər Qafqaz respublikalarına səfəri gözlənilir. Bunu jurnalistlərə açıqlamasında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko da təsdiq edib.

Səfirin sözlərinə görə, L.Kojara Ukraynanın ATƏT-ə sədrliyi dövründə dondurulmuş münaqişələrin prioritetləri sırasında olduğunu bəyan edib: "Bilirik ki, Azərbaycan bizdən real addımlar gözləyir. Çalışacağıq ki, Dağlıq Qarabağ münaqişəsi dinc yolla həll olunsun və ya status-kvo dəyişilsin, münaqişənin həllində real irəliləyiş olsun. Ukrayna ATƏT-in Minsk Qrupu formatını dəstəkləyir. Əsas məsələ Minsk Qrupunu fəallaşdırmağın yollarını tapmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə