Novruz Aslan: "Heç bir üsyandan söhbət gedə bilməz" AÇIQLAMA

“İsmayıllıda baş verən hadisənin hardan qaynaqlandığını araşdırırıq”
Novruz Aslan: "Heç bir üsyandan söhbət gedə bilməz" AÇIQLAMA

Hal-hazırda İsmayıllıdayam. Bir saat bundan əvvəl icra başçısı ilə birlikdə bir mərasimdə iştirak etdik. Və sonra mən ənənəvi olaraq seçicilərimi qəbul elədim. O ki qaldı İsmayıllıda dünən baş verən hadisəyə, bunun hardan qaynaqlandığını araşdırırıq. İki şəxs arasında konflikt yaranıb, konflikt sonradan xoşagəlməz hallara çevrilib". Bu fikirləri SİA-ya açıqlamasında İsmayıllıdan millət vəkili seçilən Novruz Aslan bildirib.

Millət vəkili İsmayıllının icra başçının evinə hücum edilməsinə də münasibət bildirərək qeyd edib ki, bu hadisəni kimlərsə müxtəlif istiqamətlərə yönəldib. O həmçinin İsmayıllıda baş verən hadisədə siyasi məqsəd güdməyin mənasız olduğunu deyib.

N.Aslan bilidirib ki, guya dünən baş verənlər xalq üsyanıdır: "Qətiyyən belə deyil. Burada məişət zəminində olan bir konflikt baş verib. Heç bir xalq üsyanından söhbət gedə bilməz. İsmayıllılılar dövlətçiliyə sadiq insanlardır. Bu məsələləri qarışdırmaq lazım deyil. Siz indi rayona gəlsəniz görərsiniz ki, hər şey normaldır. Əgər 5-6 nəfər haradasa dayanıbsa, onlarla təbliğat aparmağa nə ehtiyac var? Rayonda nə mitinq var, nə də çoxlu sayda əhali toplaşıb. Hazırda belə bir hadisə yoxdur. Əgər olsaydı, əhali ilə danışıq aparardıq".

Bütün xəbərlər Facebook səhifəmizdə