Dağlıq Qarabağ məsələsi Mərakeşdə

SAM-ın direktor müavini Mərakeşə səfər edəcək
Dağlıq Qarabağ məsələsi Mərakeşdə

25-26 Yanvar 2013-cü il tarixlərində Mərakeş Krallığında "Regional və beynəlxalq təhlükəsizlik üzrə Sahel böhranının əksetməsi və perspektivləri" mövzusunda "Mərakeş Təhlükəsizlik Forumu"-nun IV Beynəlxalq yığıncağı təşkil ediləcək. SAM-dan SİA-ya verilən məlumata görə, tədbirdə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva "Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları" mövzusunda çıxış edəcək.

Qeyd edək ki, forum yüzlərlə yüksək səviyyəli iştirakçını - mülki və hərbi məsul olan işçiləri, beynəlxalq təşkilatların rəhbərlərini, təhlil, müzakirə və təcrübə mübadiləsi məqsədi ilə Afrika, Amerika, Avropa, Asiya ekspertlərini bir araya gətirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə