İsti hava şəraiti...

Yanvarın 24-25-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim qərb, şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-9, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Qeyd edək ki, sabah Abşeron yarımadasında 10-15, aran rayonlarında 11-16, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə