ATƏT-in Minsk qrupunun həmsədrləri Xocalı aeroportuna ilk uçuş etmək barədə təklif almayıblar. Bunu Minsk qrupunun fransalı həmsədri Jak For bildirib. Jak For azərbaycanlı jurnalistlərlə söhbətində deyib: "Əksinə, biz həm Bakıya, həm də Yerevana son səfərimiz zamanı bildirmişdik ki, belə bir addım atılması regionda gərginliyi artıra bilər".
Xatırladaq ki, Ermənistan KİV-lərində yayılmış məlumata görə, Dağlıq Qarabağda oyuncaq xuntanın nümayəndəsi David Babayanın sözlərinə görə, guya ATƏT-in Minsk qrupunun həmsədrlərinə təklif edilib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində yerləşən Xocalı aeroportuna uçacaq təyyarənin birinci reysinin sərnişinləri olsunlar.
Fransanın Azərbaycandakı səfiri Paskal Monye isə Bakıda jurnalistlərə deyib: "Ermənilərin bu bəyanatı mənə bir qədər qəribə görünür, çünki həmsədrlər hər iki tərəfi təhrikçilikdən çəkinməyə çağırırlar".
Qeyd edək ki, Serj Sarkisyan Yerevan-Xocalı reysinin birinci sərnişini olacağını vəd etmişdi. Lakin o, Azərbaycan tərəfin öz dövlətinin hava məkanının pozulmasına yol verməmək əzmində olduğunu hiss edəndən sonra əməlli-başlı qorxuya düşmüş və bundan sonra David Babayana tapşırılmışdı ki, öz prezidentini bu biabırçılıqdan xilas etsin.
Nəticədə onlar hər ikisi biabır oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB