ANAMA Əməkdaşlıq Sazişi imzalayacaq

ANAMA Əməkdaşlıq Sazişi imzalayacaq

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) arasında Əməkdaşlıq Sazişinin imzalanmasına həsr olunmuş rəsmi tədbir keçiriləcək. ANAMA Əməkdaşlıq Sazişi imzalayacaq

Qeyd edək ki, 2007-ci ildən etibarən BMqT ilə ANAMA minadan zərərçəkənlərə yardım sahəsində sıx əməkdaşlıq edir. Belə ki, ANAMA və BMqT "Azərbaycanda minadan zərərçəkənlər üçün sosial-iqtisadi reinteqrasiya" Proqramını 2007-2012-ci illər ərzində uğurla həyata keçirib. Bu layihə Avstriya İnkişaf Agentliyi, Beynəlxalq Etimad Fondu, Slovenia Dövləti, Korea Respublikası, Bakı Rotary Club və digər donorlar tərəfindən maliyyələşdirilib.

190 minadan zərərçəkən üçün kiçik biznes təlimlərinin öyrədilməsi və idarəedilməsi üzrə "Azərbaycanda minadan zərərçəkənlər üçün sosial-iqtisadi reinteqrasiya" Proqramı uğurla həyata keçirilib. Təlimləri uğurla bitirən və layihə təklifi hazırlayan 140 minadan zərərçəkən davamlı gəlir fəaliyyətini genişləndirmək imkanı əldə etmələri üçün mikro-kreditlə təmin ediliblər.

ANAMA-dan SİA-ya verilən məlumata görə, Əməkdaşlıq Sazişinin bağlanması ilə ANAMA və BMqT mina aksiyası üzrə həyata keçirilən əlaqələri rəsmiləşdirəcək. Əməkdaşlıq Sazişinə əsasən, tərəflərin milli və beynəlxalq səviyyədə aşağıda qeyd olunmuş sahələr üzrə qarşılıqlı əməkdaşlıq etmələri nəzərdə tutulur:
1. Mina aksiyası ayrılıqda bir fəaliyyət kimi: (i) toplanmış sursatların məhv edilməsi; (ii) mina təmizləmə; (iii) minadan zərərçəkənlərə yardım, reabilitasiya və reinteqrasiya; (iv) məlumatlandırma; (v) mina təhlükəsinə dair maarifləndirmə;
2. Mina aksiyasının daha geniş inkişaf layihələri və proqramlarına inteqrasiyası: (i) sülh quruculuğu və dəstək; (ii) humanitar yardım; (iii) münaqişədən sonra yenidənqurma; (iv) inkişaf.

Tədbir ANAMA direktoru Nazim İsmayılovun və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprakın açılış nitqi, gələcək planlar barədə məlumatlarla bölüşməsi və sonda Əməkdaşlıq Sazişinin imzalanması mərasimi ilə davam edəcək. Eyni zamanda ANAMA ilə BMqT arasında minadan zərərçəkənlərə yardım sahəsində sıx əməkdaşlığını əks etdirən foto və filmlər təqdim ediləcək.

Eyni zamanda Polşa Hökuməti Polşa Respublikasının Bakıdakı səfirliyi vasitəsilə Azərbaycanda mina/PHS təmizlənməsi əməliyyatlarını dəstəkləmək məqsədilə ANAMA-ya xüsusi tibbi avadanlıqla tam təmin olunmuş təcili yardım maşını hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə