BMİ-nin nümayəndəsi Almaniyanı tənqid etdi

BMİ-nin nümayəndəsi Almaniyanı tənqid etdi

Yanvarın 21-də Brüsseldə "İnsan hüquqları uğrunda" İctimai Birliyin beynəlxalq analitik qrupunun hazırladığı "Avropanın qürubu" hesabatın təqdimatı keçirilib. Təqdimatda media nümayəndələri, Avropa Parlamentinin deputatları, siyasətçilər, diplomatlar, ATƏT və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Newswire saytının yaydığı xəbərə görə, "İnsan hüquqları uğrunda" İctimai Birliyin rəhbəri, jurnalist Eynulla Fətullayevin təqdim etdiyi hesabatda Şərqi Avropa ölkələri və keçmiş Sovet Birliyi ölkələrində mövcud olan dəyərlər sisteminin liberal dəyərlərin hazırki böhranı və Avropadakı multikulturalizmlə şərtləşdiyi göstərilir.

Fətullayev Avropadakı insan haqları ilə bağlı ilk genişmiqyaslı təhqiqatına Almaniyadan başlamasını onunla izah edib ki, həbsxanada olduğu zaman o , "Occupy Frankfurt" hərəkatının gedişi zamanı nümayişçillərin polislərin müdaxiləsi ilə dağıdılması xəbərini oxuyub: "Mən sülhsevər etirazçıların ətraf mühiti qorumaq istəklərinin belə qarşılanmasından şok olmuşdum. Bu aksiyaların polis gücüylə dağıdılması məndə Almaniya Konstitusiyasının 8 maddəsində ehtiva olunmuş söz azadlığı və sərbəst toplaşmaq haqqında suallar doğurub. Mən bu nəticəyə gəlmişəm ki, regionlarımız arasında olan sivili, texnoloji və iqtisadi ziddiyyətlərə baxmayaraq Avropa ölkələrinin əksəriyyəti, xüsusilə Almaniya insan hüquqları sahəsində çoxsaylı problemlərlə rastlaşır".

Konfransın gedişatında nəinki etiraz aksiyalarının dağıdılması, eyni zamanda Almaniyadakı korrupsiyadan başlamış irqçiliyə qədər mövzuları əks etdirən sənədli film nümayiş etdirilib.

Konfransın qonağı, Beynəlxalq Mətbuat İnstitutunun nümayəndəsi Stiven Ellis bildirib ki, dünyada insan haqları sahəsində lider kimi qəbul olunan Almaniyanın üzərinə inkişaf edən ölkələrlə münasibətdə böyük məsuliyyət düşür. Və bu onun üzərinə xüsusi öhdəliklər qoyur: "Bu gün bizim şahidi olduğumuz təqdimat xüsusi güzgüdür və dünyada fundamental azadlıqların lideri kimi qəbul olunan Almaniyadakı narahatçılığı görür. Əgər Almaniya bu məsələlərdə nüfuzunu itirəcəksə o zaman digər ölkələr ona qulaq asmayacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə