Sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Bu barədə SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji proqnozlar bürosunun qrup rəhbəri Haciyeva Tükəzban bildirib.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-9, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək.
Yanvarın 25-də də hava şəraitinin sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Bakı və abşeron yarımadasında havanın temperaturu gündüz 10-15 dərəcə, gecə 1-6 dərəcə isti olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda isə gündüz 3-8 dərəcə, gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB