Azərbaycan Prezidenti Davosda görüşlərə başlayıb

Dövlət başçısı İlham Əliyev ABŞ-ın “Booz&СO” şirkətinin baş icraçı direktoru Çezare Maynardi ilə görüşüb
Azərbaycan Prezidenti Davosda görüşlərə başlayıb

Bu gün Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-ın qlobal layihələr üzrə tanınmış konsaltinq şirkəti "Booz&СO"nun baş icraçı direktoru Çezare Maynardi ilə görüşü olub.

Görüşdə "Booz&СO" şirkətinin baş icraçı direktoru Çezare Maynardi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafının dövlət tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib. Azərbaycanda həyata keçirilən genişzolaqlı internet strategiyası və yüksək texnologiyalar parkının yaradılması ilə bağlı layihələrin əhəmiyyətini vurğulayıb, bu sahədə artıq işlərin başlanmasından məmnunluğunu ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə neftdən əldə olunan gəlirlərin bir hissəsinin yüksək texnologiyaların inkişafına yönəldildiyini vurğulayaraq informasiya-kommunikasiya texnologiyaları sahəsində özəl sektorun iştirakının daha da genişləndirilməsinin önəmini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə