Bu gün YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda YAP Səbail rayon təşkilatının 2012-ci il üzrə hesabatı və 2013-cü il üzrə fəaliyyət planı təsdiq edilib.
İclasda çıxış edən təşkilatın sədri və YAP İdarə Heyətinin üzvü Zahid Qaralov qurumun 2012-ci il ərzində gördüyü işlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, keçən il ərzində 12 toplantı keçirilib: "32-ə qədər məsələ müzakirə olunub və qərarlar qəbul olunub. Rayon təşkilatına 2012-ci il ərzində 103 min 920 manat vəsait daxil olub. Bu vəsaitlərin 750 manatı partiyanın vəsiqələrinin hazırlanmasına, 500 manatı isə fiziki şəxslərdən ianə şəklində daxil olub".
Təşkilatın sədri qeyd edib ki, il ərzində bütün işlər uğurla həyata keçirilib: "Partiyamızın tərkibinə 2012-ci ildə 350 gənc daxil olub".
Z. Qaralov onu da əlavə edib ki, il ərzində təklif və şikayətlər də olub: "Problemlər içərisində qrup rəhbərlərinin üzvlərinin zəif işləməsi, gənc birliklərin rəhbərliklərində çatışmazlığın olmasıdır. YAP Səbail rayon Gənclər Birliyinin sədri Rəşad Fərəcov partiya iclaslarında uzun müddət iştirak etmədiyinə görə xəbərdarlıq edilib. İşlərinin çox olduğunu əsas gətirib. Digər problemlərdən biri də uçot vərəqələrinin hərəkətində çətinliklərin yaranmasıdır. Rayon təşkilatının nəzdində fəaliyyət göstərən Nəzarət Təftiş Komissiyası apardığı araşdırmalar nəticəsində də bir sıra nöqsanlar aşkarlayıb".
İclasda həmçinin YAP üzvləri Təranə Ağayeva, İdrak Fərəcov və Rəşad Hacıyev hüquq- mühafizə orqanlarına işə qəbul edildiklərinə, Vüsalə Əliyeva, İradə Qafarova və Fuad Cəfərov xaricdə yaşadıqlarına görə YAP-da fəaliyyətlərinin dayandırılması haqqında qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB