Rəşad Mamaxanov və Ceyhun Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb
Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasında hərbi nizamnamə qaydalarını pozmaqda təqsirli bilinən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları Rəşad Mamaxanov, Ceyhun Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.
R.Mamaxanov Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsinin 2-ci artilleriya divizionunun 5-ci batareyasının 1-ci atəş tağımının 2-ci topun heyət nəfəri vəzifəsində xidmətdə olarkən 2012-ci il iyulun 6-da səhər saat 09 radələrində əsgər yeməkxanasında olan zaman aralarında yaranmış mübahisə zəminində əsgər yoldaşı C. Məmmədovun bədəninin müxtəlif nahiyələrinə bir neçə yumruq zərbələri vurub.
C.Məmmədov bunun ardınca R.Mamaxanovu güləş fəndi ilə orada olan stolun üzərinə yıxaraq ona qarşı zorakılıq göstərib.
Gəncə Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 6 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlanılması barədə həbs qərarı çıxarılıb. Həmin hökmdən təqsirləndirilənlər apelyasiya şikayətləri verərək cəzalarının şərti hesab edilməsini xahiş ediblər.
C.Məmmədovun apelyasiya şikayəti təmin edilib və ona 6 ay şərti cəza təyin edilərək, dərhal məhkəmə zalından azadlığa buraxılıb.
R.Mamaxanovun apelyasiya şikayəti isə qismən təmin edilib. Məhkəmə onun cəzasından 3 ay çıxmaqla, barəsində qəti olaraq 3 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlanılması barədə qərar qəbul edildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB