Yanvarın 22-si xalqımızın rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun doğum günüdür. Bu münasibətlə qəhrəmanın adını daşıyan Xatirə parkında təntənəli anım mərasimi keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin, ümumtəhsil məktəblərin müəllim və şagird kollektivlərinin, ziyalıların, ictimaiyyətin nümayəndələrinin qatıldığı bu tədbirdə ilk söz Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirliyə verilib.
V.Nəsirli dünyaca məşhur general H.Aslanovun Böyük Vətən Müharibəsində göstərdiyi misilsiz şücaətdən, qəhrəmanlıqlardan danışaraq qeyd edib ki, onun rəşadəti bu gün hamımız üçün böyük fəxarət, qürur yeri, and yeridir. Bu gün Azərbaycan gəncləri Həzi kimi vətənpərvər, igid, cəsur olmalı, vətəni onun kimi layiqincə qorumalıdırlar.
Tədbirdə Böyük Vətən Müharibəsinin veteranı, rayon Veteranlar Şurasının üzvü İsfəndiyar Bağırov, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Cənub bölgəsinin sədri Əlisəfa Ağayev, "N" saylı hərbi hissənin əsgəri Nahid Əliyev çıxış edərək bildiriblər ki, Həzi Aslanov II Dünya Müharibəsinin ən bacarıqlı, ən qüdrətli sərkərdələrindən biri olub. Onun müharibədə keçdiyi rəşadat dolu yol bu gün gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində örnək olacaq həyat məktəbidir.
Tədbirin sonunda şəhər 3,4,5 və Sütəmurdov kənd tam orta məktəblərinin "Gənc Aslanovçu"ların hazırladıqları "Həzi burda doğulub" adlı kompozisiya göstərilib.
Sərraf MİRSƏFƏROĞLU



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB