Müharibə başlandı

"Ded Hasan" ləqəbli Aslan Usoyanın klanı Usoyan olmadan da güclü kriminal qüvvə olduğunu sübut etməyə çalışır

İlk zərbə dekabrda Dubayda keçirilən, Usoyanın tərəfdaşları və rəqiblərinin iştirak etdiyi və ona ölüm hökmünün kəsildiyi toplantıda iştirak edənlərə vurulub. Abxaziyada bu toplantının iştirakçılarından Astamur Quliya güllələnib. Ded Hasan klanında isə hal-hazırda 4 şəksiz lider, yezidi kürdlərindən Miron, Sadko, Yura Lazarevskiy və Teymur Sverdlovskiy bərqərar olub.

Hüquq mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, son aylar Aslan Usoyan üçün əsas "baş ağrısı" ötən ilin dekabrında BƏƏ-də rəqibləri tərəfindən keçirilən toplantı olub. Toplantının təşkilatçıları Merab Cenqveladze (Merab), Rövşən Canıyev (Rövşən Lənkəranski) və Camal Mikeladze (Cemo) olub.

Tədbirin yekununda isə təşkilatçılar Usoyanın qatı düşməni olan 16 nəfərə "tac qoyublar". Ded Hasan klanının üzvləri bu 16 nəfəri "qanuni oğrular" kimi tanımayıb və kriminal dünyanın üzvlərini bununla bağlı xəbərdar edilib.

Merab, Rövşən, Cemo və tərəfdarları yeni "qanuni oğrular"a xüsusi "məktublar" təqdim edib və kriminal avtoritetləri Usoyanın çağırışlarına əməl etməməyə çağırıblar. Yeni "qanuni oğrular"a verilən məktubları öz regionlarına çatdırmaq tapşırılıb. Belə ki, Belarusiyaya məktubu Paşa Paştet ləqəbli Pavel Alekseyeviç, Abxaziyaya isə Astamur Quliy gətirib.

Məktubda 10.12.12. tarixində keçirilən iclas və oğru dünyasının qanunları qeyd edilib. "Ailə"nin böyüdüyünü yazan kriminal avtoritetlər yeni "qanuni oğrular"ın adları sıralanıb : Lexa Zlak, Hacı, Paşa Paştet, Rüfət Gəncinskiy, Astik Suxumskiy, Ruslan Lebed, Manço Suxumskiy, Tolyan Tolyatinskiy, Tengiz Xoca, Əhməd Şalinskiy, Oleq Mumu, Qio Jorka, Həmzət İnquş, Laşa Peçerskiy, Sanya Medvejonok və Yanka.

Məktubun sonunda isə bu müraciəti imzalayan "qanuni oğrular"ın, o cümlədən Tariyel Oniani, Merab, Cemo, Rövşən, Seryoqa Vetlar, Roma Kürd, Merab Baxiya, Koba Suxumskiy, Mamuka Mikeladze (Cemonun qardaşı), İrakli Pipiya və başqalarının adları yazılıb.

Əməliyyatçıların məlumatına görə, "adamlarını" dəstəkləmək üçün Yeni il qabağı Caniyev, Mikeladze və Canqveladze şəxsən Moskvaya gəliblər. Yanvarın 16-da isə Usoyan güllələnib. Hələ ölməmişdən qabaq Ded Hasan klanı 16 yeni "qanuni oğruya" ləyaqətsiz avtoritetlər tərəfindən verilən "oğru tac"ından imtina etməyə çağırıb. Bəziləri bu təkliflə razılaşıb. Razılaşmayanların sonu isə Astamur Quliyanın qətlindən də göründüyü kimi heç də yaxşı bitməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə