Bölgələrdə sovet dövründə belə mavi yanacaq olmayan yaşayış məntəqələrinin qazlaşdırılması dəvam etdirilir. SİA-nın Qarabağ bürosundan verilən xəbərə görə, Bərdənin Ərəblər, Qaraqaoyunlu, Şərəflər və Hüseynbəyli kəndlərinə təbi qaz verilib. Mavi yanacağın verilməsi sakinlərin sevincinə səbəb olub. Bu nünasibətlə təşkil edilən tədbirdə rayon icra başcısı Vidadi İsayev və millət vəkili Zahid Oruc iştirak edib.
Tədbirdə bildirilib ki, uzun illərdir kəndlərdə qaz olmadığından sakinlər xususilə qış ayllarında əziyyət çəkirdilər. Yanvar ayının soyuq qış günlərində kəndələrə qazın verilməsi sakinlərin həyat şəraitini yaxşılaşdırıb.
Qeyd edək ki, dövlət proqramı çərçivəsində rayonun digər kəndləri sürətlə qazlaşdırılır. Hazırda rayonun 14 kəndində qaz çəkilişləri aparılır. Yaxın bir ildə rayonun bütün kəndlərinin qazlaşdırılması planlaşdırılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB