Fransanın Azərbaycandakı səfiri Paskal Mönie (Pascal Meunier) və Fransa Beynəlxalq Münasibətlər İnstitutunun Baş elmi işçisi, "Ramses" jurnalının redaktoru Filip Morö Defarj (Philippe Moreau Defarges) SAM-ın qonağı olub. SAM-ın direktor müavini G.Paşayeva, xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Cavid Vəliyev və elmi işçisi Heydər Mirzə qonaqlarla fikir mübadiləsi aparmış, onları maraqlandıran suallara cavab veriblər.
Görüşdə Azərbaycan – Fransa münasibətləri, qlobal, regional və milli məsələlər, dini proseslər, gələcəkdə birgə təşkil olunacaq tədbirlər ətrafında müzakirələr aparılıb.
Görüşün məqsədi beyin mərkəzləri arasındakı əlaqələri daha da möhkəmləndirmək və inkişaf etdirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB