24 -25 yanvar, 2013-cü tarixində TÜRKPA Baş Katibi Ramil Həsənovun başçılığı altında TÜRKPA nümayəndə heyəti Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin ev sahibliyində Bakıda keçiriləcək Türk Şurasının Diasporla İş üzrə Nazirləri və Təşkilat Rəhbərlərinin Birinci Toplantısında iştirak edəcək. TÜRKPA-dan SİA-ya verilən məlumata görə, toplantıda Türk Şurasının çətiri altında Türkdilli ölkələrin Diaspora təşkilatları arasında Əlaqələndirici Komitəsinin yaradılması nəzərdə tutulur. Eyni zamanda tədbirdə Türk diaspora təşkilatları üçün birgə strategiyanın müəyyənləşdirilməsi, dünya miqyasında Türk diasporasının mövcud vəziyyəti və potensialı, diaspor təşkilatlarının mədəni və sosial fəaliyyətlərinin də daxil olduğu məlumatların paylanmasını təmin edəcək internet saytının yaradılması və digər ümumi maraq doğuran məsələlər müzakirə ediləcək.
Toplantıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi səfir Halil Akıncı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkiyə Respublikası Baş Nazirinin müavini Bekir Bozdağ, Azərbaycanda akreditə olunmuş Türkdilli dövlətlərin diplomatik missiyalarının nümayəndələri, həmçinin Qazaxıstan, Qırğızıstan və Türkiyənin diaspor fəaliyyətini koordinasiya edən qurumlarının nümayəndə heyətləri iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB